Azərbaycan Yaponiya vətəndaşları üçün tətbiq edilən vizasız gediş-gəliş rejiminin müddətini uzatmağı nəzərdən keçirir. Bakı, eyni zamanda, bu imkanın qarşılıqlı əsasda tətbiq olunmasını təklif edir.
Xəbəraxını xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində təşkil olunan “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” adlı xüsusi sessiyada səsləndirib.
Hikmət Hacıyev bildirib ki, Yaponiya vətəndaşları üçün bir il müddətinə vizasız giriş imkanı yaradılıb və bu rejimin 2027-ci ilin iyulunda başa çatacaq müddətinin uzadılması gözlənilir.
O, vizasız gediş-gəliş imkanının qarşılıqlı tətbiqinin vacibliyini vurğulayaraq, çoxsaylı Azərbaycan vətəndaşının da Yaponiyaya səfər etməkdə maraqlı olduğunu qeyd edib.
