Yeni Azərbaycan Partiyasının Balakən rayon təşkilatının sədri vəzifəsindən azad olunan Azad Balayev həbs edilib.
Xəbəraxını Gununsesi.info-ya istinadən xəbər verir ki, Azad Balayev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
Məlumata görə, onun həbsi Balakənin sabiq icra başçısı İslam Rzayevin cinayət işi çərçivəsində üzə çıxan faktlarla əlaqələndirilir.
Qeyd edək ki, İslam Rzayev ötən ilin oktyabrında həbs olunub. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi (külli miqdarda mənimsəmə) və 311.3.2-ci maddəsi (təkrar rüşvətalma) ilə ittiham irəli sürülüb.
İslam Rzayev oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
