Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalında Azərbaycan millisi növbəti qələbəsini qazanıb. Yığmamız Andorra seçməsini minimal hesabla üstələyib.
Xəbəraxını xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi komanda Hövsan Yarış Kompleksində keçirilən qarşılaşmada rəqibini 1:0 hesabı ilə məğlub edib.
Beləliklə, Azərbaycan millisi turnirdə ardıcıl ikinci qələbəsini rəsmiləşdirib. Xatırladaq ki, yığmamız ilk oyununda Timor-Leste komandasını 6:0 hesabı ilə üstələyib.
Millimiz bu gün növbəti görüşündə Avstraliya seçməsi ilə qarşılaşacaq. Matçın saat 19:30-da Hövsan Yarış Kompleksinin 10A meydançasında keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, FIFA U-15 dünya çempionatı və festivalı oktyabrın 30-dək davam edəcək.
