Premyer Liqada bu gün iki böyük qarşılaşma: “Sabah” “Qarabağ”la üz-üzə gələcək

Premyer Liqada bu gün iki böyük qarşılaşma: “Sabah” “Qarabağ”la üz-üzə gələcək

Misli Premyer Liqasının IX turu bu gün keçiriləcək iki oyunla başa çatacaq. Günün diqqətçəkən qarşılaşmasında turnir cədvəlinin lideri “Sabah” doğma meydanda “Qarabağ”ı qəbul edəcək.

Xəbəraxını xəbər verir ki, turun ilk oyununda “İmişli” və “Şamaxı” komandaları üz-üzə gələcəklər. Yevlax şəhər stadionunda keçiriləcək görüş saat 15:00-da başlayacaq. Hazırda 13 xalla turnir cədvəlinin 7-ci pilləsində olan “Şamaxı” 7 xala malik “İmişli” ilə qarşılaşacaq. İmişli təmsilçisi 9-cu yerdə qərarlaşıb.

Günün son matçı isə saat 18:00-da “Sabah Arena”da baş tutacaq. Lider “Sabah”ın aktivində 19 xal var. 17 xal toplamış “Qarabağ” isə turnir cədvəlinin üçüncü pilləsindədir.

Misli Premyer Liqası — IX tur
25 oktyabr

15:00 — “İmişli” – “Şamaxı”
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Stadion: Yevlax şəhər stadionu.

18:00 — “Sabah” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Stadion: “Sabah Arena”.

Qeyd edək ki, IX turun əvvəlki oyunlarında “Qəbələ” “Araz-Naxçıvan”a 2:1, “Zirə” “Sumqayıt”a 3:2, “Kəpəz” isə “Şəfa”ya 2:1 hesabı ilə qalib gəlib. “Neftçi” – “Turan Tovuz” qarşılaşmasında isə qalib müəyyənləşməyib və oyun 1:1 hesabı ilə yekunlaşıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir