Gəncədə ailə münaqişəsi qanlı hadisə ilə nəticələnib. 60 yaşlı qadın bıçaqlanaraq xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən həyat yoldaşı isə ərazidən qaçıb.
Xəbəraxını Oxu.az-a istinadən xəbər verir ki, hadisə Gəncə şəhərində qeydə alınıb.
Məlumata görə, 1966-cı il təvəllüdlü Xoşqədəm Məmmədli mübahisə zəminində bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya çatdırılıb.
Hadisəni törətməkdə onun əri, 1965-ci il təvəllüdlü Adil Məmmədov şübhəli bilinir. O, hadisədən sonra ərazidən uzaqlaşıb.
Hazırda polis əməkdaşları şübhəlinin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.
Faktla bağlı araşdırma aparılır.
