Azərbaycan veteranlarından Avropa çempionatında daha iki medal!

Azərbaycan veteranlarından Avropa çempionatında daha iki medal!

Azərbaycanın veteran cüdoçuları Portuqaliyada keçirilən Avropa çempionatında uğurlu çıxışlarını davam etdirirlər. Təmsilçilərimiz yarışın növbəti medallarını qazanıblar.

Xəbəraxını xəbər verir ki, Portuqaliyanın Portiman şəhərində təşkil olunan veteran cüdoçular arasında Avropa çempionatında Azərbaycan idmançıları daha iki gümüş medal əldə ediblər.

M4 yaş kateqoriyasında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Elşən Kərimov, M5 kateqoriyasında eyni çəkidə çıxış edən Babək Hacıyev fəxri kürsünün ikinci pilləsinə yüksəliblər.

Qeyd edək ki, Azərbaycan təmsilçiləri turnirin ilk günündə də medal qazanıblar. Fərhad Rəcəbli 90 kiloqram çəki dərəcəsində M8 yaş kateqoriyasında bütün rəqiblərini geridə qoyaraq qızıl medala sahib olub. Bununla da o, karyerasında 12-ci dəfə Avropa çempionu adını qazanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir