Qara dənizdə Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu gəmi batdı: Ölən və itkin düşənlər var

Qara dənizdə Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu gəmi batdı: Ölən və itkin düşənlər var

Qara dənizdə Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu ticarət gəmisi batıb. Hadisə nəticəsində bir nəfər ölüb, üç dənizçi itkin düşüb, doqquz nəfər isə xilas edilib.

Xəbəraxını APA -ya istinadən məlumat verir  ki, “Khoryv” adlı gəmi Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə qəzaya uğrayıb. Gəmidə ümumilikdə 13 nəfər olub. Onlardan 10-u Ukrayna, üçü isə Azərbaycan vətəndaşıdır.

Məlumata görə, gəmi yerli vaxtla saat 10:00 radələrində həyəcan siqnalı verib. Bundan sonra Rumıniyanın aidiyyəti qurumları hadisəyə müdaxilə edib.

Gəminin batmasının dəqiq səbəbi hələ məlum deyil. İlkin, lakin təsdiqlənməmiş məlumatlara əsasən, gəmi dron hücumuna məruz qalıb və nəticədə yanğın baş verib.

Qeyd olunur ki, hadisə zamanı gəmi Rumıniyanın ərazi sularından kənarda, lakin ölkənin dəniz sərhədinə yaxın ərazidə olub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir