Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi FIFA U-20 dünya çempionatının keçiriləcəyi tarixlər rəsmən açıqlanıb. Futbol üzrə nüfuzlu beynəlxalq yarış 2027-ci ilin payızında təşkil olunacaq.
Xəbəraxını xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
FIFA Şurası Bürosunun iclasında təsdiqlənən qərara əsasən, dünya çempionatı 2027-ci il sentyabrın 17-dən oktyabrın 9-dək keçiriləcək.
Yarışda ümumilikdə 24 milli komanda mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan və Özbəkistan 20 yaşadək futbolçular arasında dünya çempionatına ilk dəfə birgə ev sahibliyi edəcəklər. Turnirin təşkili ilə bağlı hazırlıq işləri davam edir.
