XİN-dən Fransaya səfər edəcək azərbaycanlılara TƏCİLİ XƏBƏRDARLIQ

XİN-dən Fransaya səfər edəcək azərbaycanlılara TƏCİLİ XƏBƏRDARLIQ

Fransada son günlər iğtişaşların və zorakılıq hallarının artması Azərbaycan Xarici İşlər Nazirliyini hərəkətə keçirib. Vətəndaşlara zəruri olmadığı təqdirdə bu ölkəyə səfər etməmək tövsiyə olunub.

Xəbəraxını xəbər verir ki, bu barədə Azərbaycan XİN-i məlumat yayıb.

Bildirilib ki, Fransada olan Azərbaycan vətəndaşları təhlükəsizlik tədbirlərinə ciddi əməl etməli, kütləvi toplaşma yerlərindən uzaq durmalı və rəsmi məlumat mənbələrini mütəmadi izləməlidirlər.

Nazirlik səfər etməyi planlaşdıran vətəndaşları yüksək ehtiyatlılıq nümayiş etdirməyə çağırıb.

Fövqəladə vəziyyətlə üzləşən azərbaycanlıların ölkəmizin Fransadakı səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur.

Azərbaycanın Fransadakı səfirliyinin əlaqə məlumatları:

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir