Xidməti vəzifəsini yerinə yetirərkən elektrik vurdu – Polis mayoru vəfat etdi

Xidməti vəzifəsini yerinə yetirərkən elektrik vurdu – Polis mayoru vəfat etdi

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov vəfat edib.

Xəbəraxınının “Trend”ə istinadən verdiyi məlumata görə, polis mayoru bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib.

Belə ki, Daşaltı kəndində oğurluq faktı ilə əlaqədar hadisə yerinə baxış keçirən zaman onu elektrik cərəyanı vurub. Nəticədə Fərəc Həsrətov ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlər onun həyatını xilas etmək üçün uzun müddət müalicə və tibbi müdaxilələr həyata keçiriblər. Aldığı ağır xəsarətlər səbəbindən polis mayorunun qolları amputasiya edilib.

Uzun müddət xəstəxanada müalicə alan Fərəc Həsrətov bu gün dünyasını dəyişib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir