Türkiyə millisinin müvəqqəti baş məşqçisinin adı açıqlandı

Türkiyə millisinin müvəqqəti baş məşqçisinin adı açıqlandı

Türkiyə milli futbol komandasının yeni baş məşqçi axtarışları davam edir. İtaliyalı mütəxəssis Vinçenzo Montella ilə yolların ayrılmasından sonra yığmanın qarşıdakı oyunlarda kim tərəfindən çalışdırılacağı ilə bağlı müzakirələr başlayıb.

Xəbəraxını xəbər verir ki, Türkiyə mətbuatında yayılan məlumatlara görə, Türkiyə Futbol Federasiyası müvəqqəti baş məşqçi variantını nəzərdən keçirir.

Məlumatlarda bildirilir ki, federasiya “Şaxtyor Donetsk” klubunun baş məşqçisi Arda Turanla danışıqlar aparsa da, tərəflər arasında razılıq əldə olunmayıb. Bundan sonra noyabrda Belçika və Fransa millilərinə qarşı keçiriləcək oyunlarda komandanın başına müvəqqəti olaraq Şenol Güneşin gətirilməsi ehtimalı gündəmə gəlib.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası oktyabrın 9-da Vinçenzo Montella ilə əməkdaşlığı dayandırdığını açıqlayıb. Müvəqqəti baş məşqçinin təyinatı ilə bağlı yekun qərar isə rəsmi şəkildə təsdiqlənməlidir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir