Ukraynada 15-dən çox enerji obyekti vuruldu – Ölənlər və yaralananlar var

Ukraynada 15-dən çox enerji obyekti vuruldu – Ölənlər və yaralananlar var

Ukraynada enerji infrastrukturuna qarşı genişmiqyaslı hücumlar həyata keçirilib. Zərbələr nəticəsində 15-dən çox enerji obyekti hədəfə alınıb, ölkənin müxtəlif bölgələrində elektrik təchizatında problemlər yaranıb.

Xəbəraxını xəbər verir ki, bu barədə  Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.

Zelenski bildirib ki, Rusiya ordusu oktyabrın 16-sı axşam saatlarından başlayaraq Ukraynaya 320-dən çox pilotsuz uçuş aparatı və raketlə hücum edib. Onun sözlərinə görə, bu, ölkənin enerji infrastrukturuna son dövrlərdə edilən ən intensiv hücumlardan biri olub.

Prezident enerji təchizatında yaranmış problemlərin aradan qaldırılması üçün müxtəlif bölgələrdə bərpa və təmir işlərinin davam etdiyini qeyd edib. O, Rusiyanın qış mövsümü başlamazdan əvvəl milyonlarla insanı elektrik enerjisi və istilikdən məhrum etməyə çalışdığını bildirib.

Zelenski, həmçinin Rusiyaya qarşı sanksiyaların yumşaldılmamasına çağırış edib.

Qeyd edək ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, gecə və səhər saatlarında ölkənin müxtəlif bölgələrinə endirilən zərbələr nəticəsində iki nəfər həlak olub, 45 nəfər yaralanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir