Misli Premyer Liqasında VIII tura start verilir: Bu gün iki oyun keçiriləcək

Misli Premyer Liqasında VIII tura start verilir: Bu gün iki oyun keçiriləcək

Misli Premyer Liqasında VIII turun oyunlarına bu gün iki qarşılaşma ilə start veriləcək. İlk oyun günündə “Şamaxı” və “Şəfa”, eləcə də “Sumqayıt” və “Araz-Naxçıvan” komandaları üz-üzə gələcəklər.

Xəbəraxını xəbər verir ki,  turun ilk matçında “Şamaxı” doğma meydanda “Şəfa”nı qəbul edəcək. Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 15:00-da başlayacaq.

Günün ikinci qarşılaşmasında isə “Sumqayıt” “Araz-Naxçıvan”la qarşılaşacaq. “SOCAR Polymer Arena”da təşkil olunacaq matçın start fiti saat 19:00-da səslənəcək.

Qeyd edək ki, Misli Premyer Liqasının VIII turu oktyabrın 18-də başa çatacaq. Tur çərçivəsində növbəti günlərdə daha dörd oyun keçiriləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir