Azərbaycan Prezidenti İlham Əliyev paralimpiya hərəkatının inkişafında xidmətləri olan dörd idmançının təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.
Xəbəraxını xəbər verir ki, bu barədə Prezidentin rəsmi internet səhifəsində məlumat dərc olunub.
Sərəncam Azərbaycan Milli Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə imzalanıb. Sənədə əsasən, idmanın və paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:
- Elvin Əmrah oğlu Astanov
- Ramil Famil oğlu Qasımov
- Pərvin Rasim oğlu Məmmədov
- Oloxan İsayeviç Musayev
Qeyd edək ki, sərəncam 16 oktyabr 2026-cı il tarixində imzalanıb.
