Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində bir nəfər həyatını itirib, sürücü isə xəsarət alıb.
Xəbəraxını xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.
Hadisə Bakı-Qazax magistral yolunun Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, 1966-cı il təvəllüdlü, İmişli rayon sakini Mahmud Əliyevin idarə etdiyi “Isuzu” markalı yük avtomobili yol kənarında dayanmış “Mercedes” markalı yük maşınına çırpılıb.
Toqquşma nəticəsində “Isuzu” markalı avtomobildə olan sərnişin, 1980-ci il təvəllüdlü İmişli rayon sakini Taleh Cabbarov hadisə yerində ölüb. Sürücü isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
