Tramp hərbçiləri qətlə yetirən psixiatrın edamı ilə bağlı qərarını açıqladı

Tramp hərbçiləri qətlə yetirən psixiatrın edamı ilə bağlı qərarını açıqladı

ABŞ Prezidenti Donald Tramp hərbçiləri kütləvi şəkildə öldürməkdə təqsirli bilinən keçmiş hərbi psixiatr Nidal Malik Hasanın güllələnmə yolu ilə edamının canlı yayımlanmayacağını bildirib.

Xəbəraxını xəbər verir ki, bu barədə Qafqazinfo məlumat yayıb.

Tramp “Truth Social” sosial şəbəkəsindəki hesabında Hasanın planlaşdırıldığı kimi güllələnmə yolu ilə edam ediləcəyini, lakin prosesin canlı efirdə göstərilməyəcəyini qeyd edib.

ABŞ prezidenti bildirib ki, bir çox insan edamın canlı yayımlanmasına qarşı çıxıb. Bundan bir gün əvvəl CNN telekanalı mənbələrinə istinadən Tramp və onun müşavirlərinin canlı yayım qərarından imtina imkanını müzakirə etdiklərini yazmışdı.

Qeyd edək ki, ABŞ ordusunun mayoru olmuş Nidal Malik Hasan 2009-cu il noyabrın 5-də Texas ştatındakı Fort-Hud hərbi bazasında baş verən silahlı hücum zamanı 13 hərbçini öldürüb, 32 nəfəri yaralayıb. O, hadisəni İraq və Əfqanıstandakı hərbi əməliyyatlarla əlaqələndirərək “qisas” məqsədi daşıdığını bildirib.

2013-cü ildə ölüm cəzasına məhkum edilən Hasan hazırda Kanzas ştatının Levenvort həbsxanasında hökmün icrasını gözləyir.

Məlumata görə, dekabrın 3-nə planlaşdırılan edam İkinci Dünya müharibəsindən sonra ABŞ ordusunda həyata keçiriləcək ilk belə cəza, həmçinin 65 yaşdan yuxarı hərbçiyə tətbiq edilən ilk ölüm hökmü olacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir