Husilər Yəməndə prezident sarayına raket zərbələri endirdi: Ölənlər var

Husilər Yəməndə prezident sarayına raket zərbələri endirdi: Ölənlər var

Yəmənin üsyançı “Ənsar Allah” hərəkatı (husilər) ölkənin müvəqqəti paytaxtı funksiyasını yerinə yetirən Ədən şəhərindəki Əl-Maaşik prezident sarayını raket atəşinə tutub. Hücum nəticəsində ölənlərin olduğu bildirilir.

Xəbəraxını xəbər verir ki, bu barədə husilərin nəzarətində olan SABA agentliyi məlumat yayıb.

Agentliyin danışdığı hərbi mənbənin sözlərinə görə, zərbələrin əsas hədəfi sarayda Səudiyyə Ərəbistanı zabitlərinin rəhbərlik etdiyi operativ qərargah və onlara məxsus silah anbarları olub.

Yəmənin İnformasiya Nazirliyi isə “X” sosial şəbəkəsindəki rəsmi hesabında hücum zamanı ölkənin Baş naziri Şaya əz-Zindani və hökumət üzvlərinin xəsarət almadığını açıqlayıb.

Qurumun ilkin məlumatına əsasən, hücum nəticəsində baş naziri müşayiət edən heyətin iki üzvü həyatını itirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir