Kənd yumurtası 45 qəpiyə çatdı

Kənd yumurtası 45 qəpiyə çatdı

Azərbaycanda kənd yumurtasının qiymətində artım qeydə alınıb. Bir neçə gün əvvəl 20-25 qəpiyə satılan yumurtanın topdansatış qiyməti hazırda 35 qəpiyə yüksəlib, paytaxtda isə pərakəndə satış qiymətinin 45 qəpiyə çatdığı bildirilir.

Xəbəraxını xəbər verir ki, bu barədə “Qaynarinfo” məlumat yayıb.

Fermer Anar Abbasovun sözlərinə görə, kəndlərdə yumurta tapmaq çətinləşib. O bildirib ki, bəzi sahibkarlar böyük həcmdə məhsul almağa hazır olsalar da, tələbatı qarşılamaq üçün kifayət qədər yumurta tapılmır.

Fermerin sözlərinə görə, hazırda kənd yumurtasının bir ədədi bölgələrdə topdansatış qaydasında 35 qəpiyə, Bakıda isə 45 qəpiyə satılır. Məhsulun birbaşa kəndlərdən evlərə çatdırıldığı, bəzi hallarda mağaza vitrinlərinə belə çıxarılmadığı qeyd olunur.

Qiymət artımının əsas səbəblərindən biri mövsümi amillərlə əlaqələndirilir. Payız və qış aylarında kənd toyuqlarının yumurta verməsi azalır, lakin məhsula tələbat yüksək olaraq qalır. Bu da bazarda qiymətlərin yüksəlməsinə təsir göstərir.

Mövcud vəziyyət davam edərsə, yaxın vaxtlarda kənd yumurtasının daha da bahalaşması ehtimalı var.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir