Moskvaya 417 dronla hücum edilib – Bu ilin ən böyük hücumlarından biri

Moskvaya 417 dronla hücum edilib – Bu ilin ən böyük hücumlarından biri

Ukraynanın ötən axşamdan etibarən Moskva regionuna qarşı genişmiqyaslı dron hücumu həyata keçirdiyi bildirilir. Rusiya tərəfinin açıqlamasına görə, hücum zamanı paytaxt istiqamətində yüzlərlə pilotsuz uçuş aparatı qeydə alınıb.

Xəbəraxını xəbər verir ki, bu barədə “Qafqazinfo” Moskva meri Sergey Sobyaninin açıqlamasına istinadən məlumat yayıb.

Sobyanin bildirib ki, oktyabrın 12-si saat 20:30-dan oktyabrın 13-ü səhər saat 07:00-dək Moskva istiqamətində ümumilikdə 417 dron qeydə alınıb.

Merin sözlərinə görə, pilotsuz uçuş aparatlarının əksəriyyəti daha uzaq məsafələrdə hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Moskva ətrafında isə 65 dronun vurulduğu bildirilib.

Hadisənin mümkün nəticələri və dağıntılar barədə əlavə məlumat açıqlanmayıb. Hücumla bağlı məlumatlar Rusiya rəsmilərinin açıqlamalarına əsaslanır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir