Rusiyaya qanunsuz yolla keçmək istəyən azərbaycanlı həbs edildi

Rusiyaya qanunsuz yolla keçmək istəyən azərbaycanlı həbs edildi

Qusar rayonunda dövlət sərhədini qanunsuz keçməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb. O, Rusiyaya getmək üçün Samur çayını üzərək keçməyə çalışıb.

Xəbəraxını xəbər verir ki, Qusar sakini, 1967-ci il təvəllüdlü Adil Qurbanov (ad və soyad şərtidir) işləmək məqsədilə Rusiyaya getmək istəyib. Lakin quru sərhədlərin bağlı olması səbəbindən planını həyata keçirə bilməyib.

Bundan sonra o, Həzrə kəndi ərazisindən Samur çayına daxil olaraq çayı üzərək keçib. Dağıstan istiqamətində dövlət sərhədini keçərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq başa çatdıqdan sonra iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Azərbaycan vətəndaşı 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir