Cəmilə Muradlı Avropa çempionu oldu – Finalda almaniyalı rəqibinə şans vermədi

Cəmilə Muradlı Avropa çempionu oldu – Finalda almaniyalı rəqibinə şans vermədi

Azərbaycan boksçusu Cəmilə Muradlı beynəlxalq arenada ölkəmizə qızıl medal qazandırıb. İdmançımız Monteneqronun Budva şəhərində keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub.

Xəbəraxını xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

57 kiloqram çəki dərəcəsində mübarizə aparan Cəmilə Muradlı finalda Almaniya təmsilçisi Aliya İbrahimi ilə qarşılaşıb. Hər üç raundda üstün çıxış edən boksçumuz hakimlərin yekdil qərarı ilə 5:0 hesablı qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib.

Beləliklə, Azərbaycan millisinin yarışda qazandığı medalların sayı dördə çatıb. Daha əvvəl Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc medal əldə ediblər.

Qeyd edək ki, çempionatın həmin günündə daha dörd azərbaycanlı boksçunun final görüşünə çıxması nəzərdə tutulub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir