Sabah Bakıda leysan başlayacaq: Güclü yağış və dolu xəbərdarlığı – bu ərazilərdə qar da yağacaq

Sabah Bakıda leysan başlayacaq: Güclü yağış və dolu xəbərdarlığı – bu ərazilərdə qar da yağacaq

Azərbaycanda qarşıdakı saatlarda hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Paytaxt və bölgələrdə yağış, şimşək, bəzi ərazilərdə isə dolu və qar ehtimalı var.

Xəbəraxını xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, oktyabrın 9-da Bakıda və Abşeron yarımadasında gündüz saatlarından başlayaraq arabir yağış yağacaq. Axşam saatlarında bəzi ərazilərdə yağıntının leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı ehtimal edilir. Oktyabrın 9-dan 10-na keçən gecə yağışın güclənəcəyi və səhərədək intensiv olacağı gözlənilir.

Paytaxtda havanın temperaturu gecə 15-17, gündüz 19-23 dərəcə isti olacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə edilə bilər.

Rayonlarda da hava qeyri-sabit keçəcək. Ayrı-ayrı ərazilərdə leysan xarakterli yağış, şimşək və dolu gözlənilir. Dağlıq ərazilərdə qar yağması ehtimalı da var.

Güclü yağıntılarla əlaqədar çaylarda suyun səviyyəsinin artacağı, Böyük və Kiçik Qafqaz, Lənkəran-Astara bölgəsi və Naxçıvanın bəzi çaylarında qısamüddətli daşqın və sel hadisələrinin baş verə biləcəyi istisna edilmir.

Vətəndaşlara yağışlı hava şəraitində ehtiyatlı olmaq, sel təhlükəsi olan ərazilərdə diqqətli davranmaq tövsiyə edilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir