İstanbulda 7 mərtəbəli bina çökməsi nəticəsində 2 nəfər öldü

İstanbulda 7 mərtəbəli bina çökməsi nəticəsində 2 nəfər öldü

İstanbulun Maltepe rayonunda yaşayış binasının bir hissəsinin çökməsi nəticəsində insan tələfatı baş verib.

Xəbəraxını xəbər verir ki, hadisə oktyabrın 8-də səhər saat 05:40 radələrində Cevizli məhəlləsində, Doğu küçəsində qeydə alınıb.

Məlumata görə, 7 mərtəbəli binanın aşağıdakı üç mərtəbəsi qəfil çöküb. Hadisədən sonra əraziyə AFAD, yanğınsöndürmə, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Binanın çökməyən hissəsində yaşayan şəxslər təhlükəsiz şəkildə təxliyə edilib. Dağıntılar altında qalanların müəyyənləşdirilməsi üçün xilasedicilər tərəfindən axtarış-xilasetmə əməliyyatı həyata keçirilib.

Son məlumata əsasən, dağıntılar altında qalan 14 nəfərdən 10-u xilas edilib. Hadisə nəticəsində 2 nəfərin öldüyü müəyyənləşib.

Hazırda dağıntılar altında olduğu ehtimal edilən 2 nəfərin axtarışı davam etdirilir.

Binanın aşağı hissəsinin hansı səbəbdən çökməsi hələlik məlum deyil. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma başlanılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir