Naftalanda otellərin birində turistin meyidi tapılıb.
“Xəbəraxını” “Oxu.az”a istinadən xəbər verir ki, hadisə Naftalan şəhərində yerləşən hotellərdən birində baş verib.
Məlumata görə, Özbəkistan vətəndaşı, 1957-ci il təvəllüdlü Cahangir Mahmudoviç Zufarov müalicə məqsədilə Naftalana gəlib və “Garabagh Resort & SPA” hotelində qalıb.
O, sanatoriyada müalicə prosedurundan keçdikdən sonra istirahət etmək üçün hotelə qayıdıb. Bir müddət sonra onun hotel otağında meyiti aşkarlanıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar. Araşdırma zamanı mərhumun bədənində zorakılıq əlamətləri aşkar edilməyib.
İlkin məlumata əsasən, 69 yaşlı kişinin ürək tutması nəticəsində vəfat etdiyi müəyyənləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
