Bakının Nizami rayonunda məktəblilər arasında baş verən insident ölümə səbəb olub.
“Xəbəraxını” “Oxu.az” a istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən məktəblərdən birində qeydə alınıb. Belə ki, 9-cu sinifdə təhsil alan şagird sinif yoldaşını bıçaqlayıb.
Bıçaq xəsarətləri alan yeniyetmə hadisə nəticəsində həyatını itirib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb. Hazırda hadisənin səbəbləri və digər hallar araşdırılır.
