Rayonlarda qeydiyyatda olan vətəndaşların pensiya, müavinət və təqaüd ödənişlərinin həyata keçiriləcəyi tarix açıqlanıb.
Xəbəraxını xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, rayonlarda yaşayan pensiyaçıların bu ay üzrə ödənişlərinin ayın 20-dən etibarən verilməsi planlaşdırılır.
Bundan başqa, bütün müavinətlərin, ünvanlı dövlət sosial yardımlarının və təqaüdlərin isə ayın 23-dək ödənilməsi nəzərdə tutulub.
Beləliklə, rayonlarda qeydiyyatda olan pensiyaçıların ödənişləri 20-dən, digər sosial ödənişlər isə ən gec 23-dən gec olmayaraq həyata keçiriləcək.
