İranın neft naziri Möhsün Paknejad tutduğu vəzifədən istefa verib.
Xəbəraxını xəbər verir ki, istefa barədə məlumat İranın dövlət mediası tərəfindən yayımlanıb.
Nazirin vəzifədən ayrılmasından sonra Neft Nazirliyinə rəhbərlik müvəqqəti olaraq İran Milli Neft Şirkətinin (NIOC) icraçı direktoru Həmid Bovarda həvalə edilib.
Qeyd olunur ki, Bovard yeni nazir təyin edilənədək vəzifənin icrasını həyata keçirəcək.
