“Neuralink” şirkətinin rəhbər şəxslərindən biri Şivon Zilis amerikalı milyarder və şirkətin təsisçisi İlon Maskla münasibətlərinin sona çatdığını açıqlayıb.
Zilis ayrılığın gözlənilmədən baş verdiyini bildirib. O, “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada bir həftə ərzində münasibətin sevgidən ayrılığa keçməsinin onun üçün çətin olduğunu qeyd edib.
Xəbəraxını xəbər verir ki, Zilis Maskı həyatından çox sevdiyini və yaşanan ayrılığın onun üçün böyük itki olduğunu yazıb. Bununla yanaşı, o, Maskla birlikdə dörd övladının olmasından xoşbəxt olduğunu vurğulayıb.
Zilis həmçinin ayrılığa baxmayaraq, Maskla gələcəkdə yaxşı dost və övladlarına birlikdə valideyn olmağa ümid etdiyini bildirib.
Qeyd edək ki, Zilis və Maskın birlikdə dörd övladı var. Zilis “Neuralink”də rəhbər vəzifələrdən birində çalışır.
