Tovuzda dəhşətli hadisə: 22 yaşlı oğul anasını yandırıb
Tovuz rayonunun Qovlar şəhərində 22 yaşlı Elyar Hüseynli anasına qarşı ağır cinayət törədib.
Hadisə yaşadıqları evdə baş verib. Məlumata görə, E. Hüseynli 45 yaşlı anası Nüşabə Hüseynovanın üzərinə benzin tökərək onu yandırıb.
Xəbəraxını “Azərtag”a istinadən xəbər verir ki, ağır xəsarətlər alan qadın xəstəxanaya yerləşdirilsə də, orada vəfat edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Elyar Hüseynli saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
