İsraildə təyyarə qəzası baş verib

İsraildə təyyarə qəzası baş verib

İsraildə təyyarə qəzası baş verib. Xəbəraxını xəbər verir ki, hadisə bu gün Hayfa şəhərində magistral yolun yaxınlığında qeydə alınıb.

Hadisə yerinə dərhal təcili yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.

Qəza nəticəsində bir nəfər ölüb, 34 yaşlı digər sərnişin isə orta-ağır dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İnsidentdən sonra təyyarədə yanğın başlayıb. Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Qəza magistrala yaxın ərazidə baş verdiyindən bölgədə sürücülərin hərəkəti müvəqqəti dayandırılıb.

Alovlanan təyyarənin kənd təsərrüfatı təyyarəsi olduğu ehtimal edilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir