Dilan Polat bu dəfə də bu səbəbdən saxlanıldı

Dilan Polat bu dəfə də bu səbəbdən saxlanıldı

Türkiyəli sosial media fenomeni Dilan Polat yenidən saxlanılıb.

Xəbəraxını Türkiyə mediasına istinadən xəbər verir ki, fenomenin sosial şəbəkələrdə paylaşdığı görüntülərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təhqiramiz ifadələrin yer aldığı bildirilir.

İstanbul Anadolu Cümhuriyyət Baş Prokurorluğu tərəfindən sözügedən görüntülərin araşdırılmasından sonra Polat barəsində cinayət işi başladılıb.

Saxlanılan fenomen prokurorluqda ifadə verərkən halı pisləşib və binaya təcili tibbi yardım çağırılıb.

Qeyd edək ki, Dilan Polatın 6,3 milyonluq “İnstaqram” hesabı bu ilin iyununda Ailə və Sosial Xidmətlər Nazirliyinin müraciəti əsasında məhkəmə qərarı ilə bağlanmışdı. Bundan başqa, onun barəsində dələduzluq ittihamı ilə də ayrıca istintaq aparılır.

Xatırladaq ki, Dilan Polat və həyat yoldaşı Engin Polat 2023-cü ildə çirkli pulların yuyulması və qanunsuz mərc ittihamları ilə həbs edilmiş, 9 ay sonra məhkəmə nəzarəti altında olmaqla azadlığa buraxılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir