Şükürbəyli, Xocalı və Xocavəndə növbəti köç karvanları yola salınıb

Şükürbəyli, Xocalı və Xocavəndə növbəti köç karvanları yola salınıb

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndinə, eləcə də Xocalı və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb.

Xəbəraxını “Report”a istinadən xəbər verir ki, köç edən ailələr respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan şəxslərdən ibarətdir.

Bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə olmaqla 60 nəfər, Xocalı şəhərinə 17 ailə olmaqla 78 nəfər, Xocavənd şəhərinə isə 16 ailə olmaqla 55 nəfər köçürülüb.

Doğma yurdlarına qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Sakinlər torpaqların işğaldan azad olunmasında iştirak edən Azərbaycan Ordusunun hərbçilərinə, şəhid və qazilərə minnətdarlıqlarını ifadə edib, bu yolda həyatını itirən şəhidlərə Allahdan rəhmət diləyiblər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir