Statistika : Ən çox və ən az kitab oxuyan ölkələr açıqlandı

Statistika : Ən çox və ən az kitab oxuyan ölkələr açıqlandı

CEOWORLD jurnalı 102 ölkədə oxunan kitabların sayı və oxumağa sərf olunan vaxt barədə sorğu keçirib. 

Xəbəraxını.com xəbər verir ki, reytinqə ABŞ (ildə 17 kitab) və Hindistan (16 kitab) başçılıq edir. Azərbaycanlılar ildə 3,25 kitab (74 saat), gürcülər isə ildə təxminən 4,3 kitab (96 saat) oxumağa zaman sərf edirlər və 65-ci yerdədirlər. Ermənistan da oxşar nəticəyə malikdir. Türkiyə 6 kitab və 130 saat oxuma ilə 30-cu yerdədir.

Ən aşağı oxuma nisbəti Əfqanıstandadır – ildə 2,56 kitab.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir