Trump istəyinə nail oldu. – Qrenlandiya ilə saziş bağlandı

Trump istəyinə nail oldu. – Qrenlandiya ilə saziş bağlandı

ABŞ Prezidenti Donald Tramp, Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen Qrenlandiyanın təhlükəsizliyinin gücləndirilməsini nəzərdə tutan üçtərəfli saziş imzalayıblar.

Xəbəraxını.com Qafqazinfo-ya istinadən xəbər verir ki, sənədin imzalanması mərasimi BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda keçirilib.

Razılaşmaya əsasən, ABŞ-ın Qrenlandiyadakı hərbi və təhlükəsizlik iştirakının genişləndirilməsi, o cümlədən iki yeni hərbi obyektin yaradılması nəzərdə tutulur. Saziş həmçinin ABŞ-ın Arktikadakı müdafiə imkanlarının artırılmasını və Qrenlandiyada NATO üzvü olmayan ölkələrin hərbi mövcudluğunun qarşısının alınmasını nəzərdə tutur.

Müqavilənin əsas müddəaları bunlardır:

  • NATO-ya üzv olmayan ölkələrin Qrenlandiyada hərbi baza yerləşdirməsinə imkan verilməyəcək;
  • Rusiya və Çindən gələn həssas investisiyaların qarşısının alınması üçün xüsusi yoxlama mexanizmi tətbiq olunacaq;
  • Qrenlandiya xalqının siyasi gələcəyini öz müqəddəratını təyinetmə prinsipi əsasında müəyyən etmək hüququ qorunacaq;
  • Qrenlandiya ərazisinin hər hansı hissəsinin ABŞ-yə verilməsini nəzərdə tutan müddəa yer almayıb.

Qeyd edək ki, sentyabrın 19-da Donald Tramp ABŞ, Danimarka və Qrenlandiyanın adanın təhlükəsizliyi ilə bağlı razılığa gəldiyini açıqlamışdı. Bundan sonra Danimarka və Qrenlandiya rəsmiləri razılaşmanın krallığın suverenliyi və ərazi bütövlüyünü tanıdığını, həmçinin Qrenlandiya xalqının öz müqəddəratını təyinetmə hüququna hörmət etdiyini vurğulamışdılar.

Sazişin qüvvəyə minməsi üçün müvafiq parlament prosedurlarından keçməsi tələb olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir