Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb

Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində növbəti köç prosesi həyata keçirilib.

Bu mərhələdə Xankəndi şəhərinə, Xankəndinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Təzəbinə, Xanyurdu, Xanabad və Ballıca kəndlərinə, Ağdərə rayonunun Vəngli, Çapar və Aşağı Oratağ kəndlərinə, eləcə də Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç karvanları yola salınıb.

Köç edən ailələr respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan sakinlərdən ibarətdir.

Bu mərhələdə Xankəndi şəhərinə 3 ailə (13 nəfər), Kərkicahan qəsəbəsinə 5 ailə (22 nəfər), Təzəbinə kəndinə 7 ailə (31 nəfər), Xanyurdu kəndinə 5 ailə (22 nəfər), Xanabad kəndinə 2 ailə (10 nəfər), Ballıca kəndinə isə 1 ailə (4 nəfər) köçürülüb.

Ağdərə rayonunun Vəngli kəndinə 4 ailə (14 nəfər), Çapar kəndinə 4 ailə (11 nəfər), Aşağı Oratağ kəndinə 4 ailə (9 nəfər), Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 24 ailə (148 nəfər) köç edib.

Doğma yurdlarına qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar, həmçinin torpaqların işğaldan azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusunun hərbçilərinə, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını ifadə edib, bu yolda həyatını itirən şəhidlərə rəhmət diləyiblər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir