Masallı rayonunun İsgəndərli qəsəbəsində Taleh Seyran oğlu Rəsulova məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Füzuli İbrahim oğlu Paşayevə məxsus toyuq kəsimi sahəsində yoxlama aparılıb.
Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmadığı müəyyənləşib. Həmçinin obyektlərdə sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması ilə yanaşı, digər nöqsanlar da aşkarlanıb.
