Polis iki gündə 76 cinayətin üstünü açıb

Polis iki gündə 76 cinayətin üstünü açıb

Sentyabrın 19-u və 20-si ərzində Azərbaycanda polis əməkdaşları tərəfindən 68 yeni qeydə alınan və əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması təmin edilib.

Axtarışda olan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 57 nəfərin borclu şəxs qismində axtarışda olduğu bildirilib.

Hesabat dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 30 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə əlaqədar isə 14 fakt müəyyən edilib.

Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 82 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir