Rusiyada ayı hücumu nəticəsində iki nəfər ölüb

Rusiyada ayı hücumu nəticəsində iki nəfər ölüb

Rusiyanın Tomsk vilayətinin Kolpaşevo rayonunda ayının insanlara hücumu nəticəsində iki nəfər həyatını itirib.

44 yaşlı ferma işçisi sentyabrın 18-də itkin düşən inəyi axtarmaq üçün Sever kəndi yaxınlığındakı meşəlik əraziyə gedib. Lakin o, geri qayıtmayıb.

Növbəti gün həmin şəxsi axtarmaq məqsədilə meşəyə yollanan 46 yaşlı kənd sakini də geri dönməyib və ondan xəbər almaq mümkün olmayıb.

Sentyabrın 20-də hər iki şəxsin meyiti meşəlik ərazidə tapılıb.

İnsanlara hücum etdiyi bildirilən ayı zərərsizləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir