ABŞ Prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası çərçivəsində Fars körfəzi dövlətlərinin rəhbərləri və xarici işlər nazirləri ilə İran məsələsini müzakirə etməyi planlaşdırır.
Məlumata görə, sentyabrın 22-də keçirilməsi nəzərdə tutulan görüşdə Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Səudiyyə Ərəbistanının rəsmi nümayəndələrinin iştirakı gözlənilir.
Toplantıda ABŞ-nin İrana qarşı müharibədən sonrakı strategiyası ilə bağlı təkliflərin müzakirə olunacağı bildirilir.
Qeyd edək ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında sentyabrın 22-dən 26-dək, eləcə də sentyabrın 28-də dövlət və hökumət başçılarının, həmçinin xarici işlər və digər diplomatik qurumların rəhbərlərinin iştirakı ilə yüksək səviyyəli ümumi siyasi debatlar keçiriləcək.
