Lənkəranda yeniyetmə tanışları ilə yaranan mübahisə zamanı döyülüb.
Hadisə axşam saatlarında rayonun Kərgəlan kəndi ərazisində baş verib.
2010-cu il təvəllüdlü kənd sakini E.İ. tanışları ilə aralarında yaranmış mübahisə zəminində döyülüb. Yaxınlarının bildirdiyinə görə, mübahisə kənd ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən birinin həyətində baş verib.
Mübahisə zamanı tanışlarından biri E.İ.-ni döyərək başı üstə yerə çırpıb. Yeniyetmə yaxınları tərəfindən təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə aparılıb.
Dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilən E.İ.-nin vəziyyətinin ağır olduğu bildirilir. O, hazırda süni tənəffüs aparatına qoşulub.
Əməli törətməkdə şübhəli bilinən İ.B. polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
