Avropanın ən yaşlı kişisi 112 yaşında vəfat etdi

Avropanın ən yaşlı kişisi 112 yaşında vəfat etdi

Avropanın ən yaşlı kişisi Vitantonio Lovallo 112 yaşında dünyasını dəyişib.

Lovallo İtaliyanın cənubunda yerləşən Avilyano kommunasının Sarnelli kəndində yaşayırdı.

O, 1914-cü ildə anadan olub və bu il martın 25-də 112 yaşını qeyd edib. Gənclik illərində çoban işləyən Lovallo İkinci Dünya müharibəsi zamanı hərbi xidmətə çağırılıb. 1943-cü ildə Yunanıstanda alman qoşunlarına əsir düşüb.

Daha sonra Almaniyadakı konsentrasiya düşərgələrindən birinə deportasiya edilən Lovallo 1945-ci ilin mayında azad olunub. Müharibədən sonra İtaliyanın Bazilikata vilayətinə qayıdıb.

Lovallonun iki qızı və bir oğlu olmaqla, üç övladı var idi.

Hazırda Avropanın ən yaşlı kişisi 111 yaşlı portuqaliyalı Joakim Varela hesab olunur. Qitədə ondan daha yaşlı 31 qadın yaşayır. Onların arasında ən yaşlı şəxs isə 117 yaşlı britaniyalı Etel Katerhem hesab olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir