“Sumqayıt” futbol klubunun rəhbərliyi və məşqçilər heyətinin iştirakı ilə iclas keçirilib.
Toplantıda komandanın kapitanlıq məsələsi ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, İsa Suliman “Sumqayıt”ın əsas kapitanı təyin edilib. Roi Kehat və Höccət Haqverdi isə vitse-kapitan olacaq.
Qeyd edək ki, daha əvvəl komandanın kapitanı Səbuhi Abdullazadə idi. Yarımmüdafiəçi aldığı ciddi zədə səbəbindən beş ay yaşıl meydanlardan kənarda qalacaq.
Hadisə “Neftçi”yə qarşı Misli Premyer Liqasının I turunun oyununda baş verib. Qarşılaşmanın 74-cü dəqiqəsində qırmızı vərəqə alan Abdullazadə meydanı tərk etdikdən sonra dəhlizin şüşəsini əli ilə sındırıb. Nəticədə iri şüşə parçası onun ayağına düşərək ciddi xəsarət yetirib.
