Tanınmış reperin 72 min borcu var

Tanınmış reperin 72 min borcu var

Rusiya məhkəməsi Azərbaycan əsilli tanınmış reper “Navai”nin (Nəvai Bəkirov) qaz, istilik və elektrik enerjisi üzrə yaranmış 72 min rubldan (təxminən 1450 AZN) artıq məbləğdə borcunun məcburi qaydada tutulması barədə qərar çıxarıb.Bu barədə TASS məhkəmə materiallarına istinadən məlumat yayıb. 

Bildirilir ki, qaz, istilik və elektrik enerjisi üzrə borcun tutulmasına dair icraat işi sentyabrın 1-də açılıb. Məlumata görə, məhkəməyə müraciət edən “Odintsovo istilik şəbəkəsi”nin iddiası təmin edilib. 

Qeyd edək ki, N.Bəkirov “HammAli & Navai” duetinin üzvü kimi tanınır. 

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir