Miqrasiya orqanlarında qulluğa qəbul olmaq istəyən namizədlər üçün keçirilən müsabiqə və müsahibələrin qaydalarında dəyişiklik edilib.
Müvafiq qərar imzalanıb.
Yeni qaydalara əsasən, imtahanda Azərbaycan dili üzrə sualların sayı 10-dan 15-ə çatdırılıb. Eyni zamanda, Azərbaycan tarixi üzrə təqdim olunan 10 sual ləğv edilib.
Bundan sonra imtahan ümumilikdə 100 sualdan ibarət olacaq. Suallar aşağıdakı istiqamətlər üzrə bölünəcək:
- Azərbaycan dili – 15 sual;
- Qanunvericilik – 50 sual;
- Məntiq – 20 sual;
- Dünyagörüşü – 15 sual.
Həmçinin kompüter bilikləri üzrə 10 sualın əvəzinə dünyagörüşü üzrə 15 sual təqdim olunacaq.
Beləliklə, miqrasiya orqanlarına qulluğa qəbul üzrə imtahanın yeni modeli Azərbaycan dili, qanunvericilik, məntiq və dünyagörüşü bölmələrindən ibarət olacaq.
