Sentyabrın 15-də ümumi təhsil müəssisələrinin II-XI siniflərində ilk dərs “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunacaq.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, bu, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar həyata keçiriləcək.
