Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan gizir Sərxan Abbasəliyev yeni vəzifəyə təyin edilib.
Sərxan Abbasəliyev sentyabrın 1-dən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışacaq.
Yeni vəzifəsində onun əsas fəaliyyət istiqamətləri məktəbin təsərrüfat işlərinin təşkili, maddi-texniki bazanın möhkəmləndirilməsi və təhsil müəssisəsində təhlükəsiz, əlverişli mühitin yaradılması olacaq.
Sərxan Abbasəliyev, həmçinin təsərrüfat proseslərinin səmərəli idarə olunmasına nəzarət edəcək.
Qeyd edək ki, Sərxan Abbasəliyev Vətən müharibəsi iştirakçısıdır və ehtiyatda olan gizir rütbəsinə malikdir.
