Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyətinin qiymətində azalma qeydə alınıb.
“Bitcoin” son sutkada 1,84 faiz dəyər itirərək 76 862,52 ABŞ dollarına düşüb.
Digər aparıcı kriptovalyutalardan “Ethereum” 1,16 faiz ucuzlaşaraq 2 455,91 dollara, BNB 1,57 faiz geriləyərək 711,89 dollara, “Monero” isə 2,65 faiz azalaraq 501,51 dollara enib.
Ən böyük itki “Zcash”da qeydə alınıb. Onun qiyməti 14,21 faiz azalaraq 1 066,65 dollara düşüb. “Bittensor” 8,28 faiz, “Bitcoin Cash” isə 9,34 faiz ucuzlaşıb.
Qızıl əsaslı kriptovalyutalarda da geriləmə müşahidə olunub. “PAX Gold”un qiyməti 2,18 faiz azalaraq 4 311,51 dollar, “Tether Gold”un qiyməti isə 2,26 faiz geriləyərək 4 305,09 dollar olub.
“CoinMarketCap 20” indeksi 2,10 faiz azalaraq 158,41 bəndə düşüb. Kriptovalyuta bazarının ümumi kapitallaşması da 1,85 faiz azalaraq 2,62 trilyon ABŞ dolları təşkil edib.
