Azərbaycanda 8 məktəbin təmirinə 4,5 milyon manatdan çox vəsait ayrılacaq

Azərbaycanda 8 məktəbin təmirinə 4,5 milyon manatdan çox vəsait ayrılacaq

Azərbaycanda müxtəlif bölgələrdə yerləşən 8 təhsil müəssisəsində təmir işlərinin aparılması nəzərdə tutulur.

Təmir layihələrinin İmişli, Neftçala, Kürdəmir, Şirvan, Beyləqan, Mingəçevir və Yevlaxı əhatə edəcəyi bildirilir. Bu məqsədlə 4 milyon 562 min 459 manat vəsaitin xərclənəcəyi gözlənilir.

Təmir olunacaq təhsil müəssisələri bunlardır:

  • İmişli rayonunun Xəlfəli kəndində Qabil Mərdəliyev adına tam orta məktəb;
  • Neftçala rayonunun Qədimkənd kəndində S. Kərimov adına tam orta məktəb;
  • Neftçala şəhərində N. Gəncəvi adına 3 nömrəli tam orta məktəb;
  • Kürdəmir rayonunun Xınıslı kəndində A. Məmmədov adına tam orta məktəb;
  • Şirvan şəhərində Məftun Osmanov adına 20 nömrəli tam orta məktəb;
  • Beyləqan Peşə Məktəbi;
  • Mingəçevir şəhərində 7 nömrəli tam orta məktəb;
  • Yevlax şəhərində 3 nömrəli tam orta məktəb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir