Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb.
Köç edən ailələr respublikanın müxtəlif ərazilərində, əsasən, yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan sakinlərdir.
Bu mərhələdə Şükürbəyli kəndinə 25 ailənin, ümumilikdə 154 nəfərin köçürülməsi təmin olunub.
Doğma yurdlarına qayıdan sakinlər göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Sakinlər torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizə aparan rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə də minnətdarlıqlarını ifadə ediblər. Onlar həmçinin bu yolda canından keçən şəhidlərə Allahdan rəhmət diləyiblər.
