SEPAH: ABŞ-ın iki hərbi gəmisinə ballistik raketlərlə zərbə endirilib

SEPAH: ABŞ-ın iki hərbi gəmisinə ballistik raketlərlə zərbə endirilib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Silahlı Qüvvələrinə məxsus iki hərbi gəmiyə ballistik raketlərlə zərbə endirildiyini açıqlayıb.

 Bu barədə İran Dövlət Televiziyası SEPAH-ın yaydığı bəyanata istinadən məlumat yayıb.

Bəyanatda bildirilib ki, SEPAH-ın Hərbi Hava-Kosmik Qüvvələrinin keçirdiyi əməliyyat çərçivəsində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “DDG-119” və “DDG-53” esminesləri ballistik raketlərlə hədəfə alınıb.

Məlumata görə, sözügedən hərbi gəmilər qanadlı raketlər və “Aegis” hücumdan müdafiə sistemi ilə təchiz olunub.

SEPAH-ın açıqlamasında qeyd olunub ki, raket zərbələri nəticəsində ABŞ-a məxsus hərbi gəmilərə ciddi ziyan dəyib.

Qeyd edək ki, son günlər İran və ABŞ arasında hərbi qarşıdurma yenidən kəskinləşib. Reuters-in məlumatına görə, SEPAH ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə qarşı ballistik raketlərdən istifadə etdiyini açıqlayıb, ABŞ tərəfi isə gəmilərin hücumların qarşısını aldığını bildirib

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir